Aİ-dən Ukraynaya dəstək mesajı

Bölmə: Dünya › ,
Tarix: 20:39 10.07.2025

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukraynaya müharibənin əvvəlindən bu günə qədər təxminən 165 milyard avro dəstək göstərilib. Bu il ölkənin ehtiyac duyacağı xarici maliyyə vəsaitinin böyük hissəsi qarşılanacaq.

Fon der Leyen bu fikirləri Romada İtaliya və Ukrayna hökumətlərinin birgə təşkil etdiyi “2025-Ukraynanın Bərpası Konfransında” çıxışı zamanı səsləndirib.

Avropanın Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Ukraynanın ən böyük donoruna çevrildiyini vurğulayan fon der Leyen deyib: “Ukraynaya bu dövrdə 165 milyard avro həcmində dəstək göstərdik”.

 

O əlavə edib: “Ukraynanın bu il ehtiyac duyduğu xarici maliyyənin 84 faizini biz qarşılayacağıq. Bu dəstək çərçivəsində 1 milyard avro dəyərində makromaliyyə dəstəyi ödənişindən əlavə, Ukrayna Fondundan 3 milyard avrodan çox vəsaitin ayrılacağını elan edirəm”.

 

Fon der Leyen bildirib ki, konfransda imzalanan zəmanətlər və qrantlar Ukraynanın inkişafı, bərpası və yenidən qurulması üçün təxminən 10 milyard avro həcmində investisiyanın yolunu açacaq. O, üzərində işlədikləri yeni Aİ büdcəsi vasitəsilə də Ukraynaya dəstəyin davam etdiriləcəyini qeyd edib.

 

TRT XƏBƏR

Nuray Əliyeva