Nazir yeniyetmə oğlunun ekstremist qruplarla əlaqəsi olduğunu açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 21:17 10.07.2025

İsveçin miqrasiya naziri yeniyetmə oğlunun ağdərililərin üstünlüyünü qoruyan qruplarla əlaqəsinin olduğu üzə çıxdıqdan sonra istefa verməyəcəyini bildirib.

 

Cümə axşamı Yohan Forssell təsdiqləyib ki, irqçiliklə mübarizə təşkilatı Expo tərəfindən bu yaxınlarda adı açıqlanmayan bir nazirin "yaxın qohumu" və "həddindən artıq sağda fəal" kimi tanınan şəxs onun 16 yaşlı oğludur.

 

Forssell, bir neçə həftə əvvəl ölkənin təhlükəsizlik xidməti ilə əlaqə saxlayana qədər oğlunun fəaliyyətindən xəbərsiz olduğunu və bütün lazımi protokola əməl etdiyini söyləyib.

 

BBC

Nəzrin Məmmədova