Zelenski müdafiə nazirini də səfir göndərir

Bölmə: Dünya › ,
Tarix: 22:07 10.07.2025

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın hazırkı müdafiə naziri Rüstem Umerovun Ukraynanın ABŞ-dakı yeni səfiri olacağını istisna etməyib.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Romada mətbuat konfransında deyib.

 

"Birləşmiş Ştatlarda səfir dəyişəcək. Açığını deyim, əgər mən qərar versəm və bu yaxın gələcəkdə baş verəcək. Ölkəmizi ABŞ-da təmsil etmək, yəni bizim əsas səfirimiz müdafiə naziri Rüstəm Umerov olacaq. Bu, şübhəsiz ki, Ukrayna hökumətində ciddi dəyişikliklərə təsir edəcək", - o bildirib.nQeyd edək ki, Ukrayna hökuməti 20 ölkədə, o cümlədən ABŞ-da səfirini dəyişməyə qərar verib. Xatırladaq ki, Zelenski ordunun baş komandanı Valeri Zalujnını Britaniyaya səfir göndərib.