İsrail Şamda Müdafiə Nazirliyi və Prezident Sarayını vurub

Tarix: 21:34 16.07.2025
İsrail ordusu Suriyanın paytaxtı Şamda Müdafiə Nazirliyinin giriş qapısını vurduğunu elan etdikdən sonra prezident sarayının yaxınlığında yerləşən "hərbi" bir nöqtəni də hədəfə aldığını bildirib.
İsrail ordusu sosial mediada yaydığı açıqlamada hücumu təsdiqləyərək, “Suriya rejiminin Prezident Sarayı ərazisindəki hərbi "bir hədəf vurulub” ifadəsini işlədib.
Suriya Səhiyyə Nazirliyi Şamda baş verən hücumlarda 3 nəfərin öldüyünü, 34 nəfərin yaralandığını açıqlayıb.
Şamdakı AFP müxbirləri bildiriblər ki, Müdafiə Nazirliyinin yanında yerləşən dörd mərtəbəli bina dağılıb, adətən çox sıx olan Üməviyyə Meydanı isə təcili yardım maşınları və hərbi nəqliyyat vasitələrindən başqa demək olar ki, boş qalıb. İsrail Şam hökumətinə bağlı hərbi qüvvələrin silahlarının Dürzilərə qarşı istifadə olunacağını iddia edib.
BBC NEWS
Səmayə Səftərova