Görəcəyik, AB ilə yaxınlaşma Ermənistana nə verəcək -Kreml

Tarix: 22:59 16.07.2025
Rusiya Ermənistanla sıx ikitərəfli münasibətləri gələcəkdə də inkişaf etdirmək niyyətindədir. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxışının nəticələrini isə zaman göstərəcək.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Onlar ŞƏT-lə (Şanxay Əməkdaşlıq Təşkilatı) maraqlanırlar, yəni onlara görə çoxvektorlu siyasət aparırlar. Amma biz, təbii ki, bütün istiqamətlər üzrə maksimum əməkdaşlıqda maraqlıyıq və çoxtərəfli formatdan əlavə bizi çox sıx ikitərəfli münasibətlər də birləşdirir.
Son bir neçə ildə biz müxtəlif istiqamətlərdə balans yaratmaq cəhdlərini müşahidə edirik. Biz bilirik ki, məsələn, Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzv olması ona konkret olaraq nə verir. Görəcəyik, Avropa Birliyi ilə yaxınlaşma ona konkret olaraq nə verəcək. Axı hər şey müqayisədə bilinir", - Peskov qeyd edib.