Suriya Səhiyyə Nazirliyi Əs-Suveyda xəstəxanasında onlarla meyitin tapıldığını açıqlayıb

Tarix: 23:04 16.07.2025
Qeyri-qanuni silahlı birləşmələr geri çəkildikdən sonra Əs-Suveyda şəhərindəki xəstəxanada “onlarla meyit” tapılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi bildirib.
Nazirlikdən əlavə ediblər ki, onlar Dəməşqdə yeni hakimiyyətin nəzarəti altında olan mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə aiddir.
Suriya Səhiyyə Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatında deyilir: "Qeyri-qanuni silahlı dəstələr Əs-Suveyda Milli Xəstəxanasından çıxarıldıqdan sonra orada bir neçə onlarla cəsəd tapılıb. Müayinədən sonra onların mülki şəxslərə və Suriya təhlükəsizlik qüvvələrinin üzvlərinə aid olduğu qənaətinə gəlmək olar".