Böyük Britaniya ilə Eurofighter müqaviləsi imzalanıb!

Tarix: 13:49 23.07.2025
Milli Müdafiə Nazirliyi Böyük Britaniya ilə Eurofighter müqaviləsinin imzalandığını açıqlayıb.
Bəyanatda deyilir: "Müdafiə nazirləri bu gün birgə Anlaşma Memorandumu imzalayıblar. Bu sənəd ölkələr arasında əlaqələri rəsmiləşdirir və onları Tayfunla bağlı tam miqyaslı razılaşmaya bir addım yaxınlaşdırır".
Bu arada Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə 40 Eurofighter Typhoon döyüş təyyarəsinin çatdırılmasına yaşıl işıq yandırıb. Bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb. Milli Müdafiə Naziri Yaşar Gülər, Eurofighter Typhoon-un istifadəçi kimi qəbulu ilə bağlı hərtərəfli razılaşma üçün Anlaşma Memorandumu imzalamaq üçün İngiltərə Müdafiə Naziri Con Healey ilə görüşüb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı