Bu ilin altı ayı ərzində cinayət işləri üzrə 55 milyon manatdan çox maddi ziyan vurulub

Tarix: 16:52 24.07.2025
Bu ilin 6 ayı ərzində yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulub.
"İnformator.az" xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, istintaq tədbirləri ilə həmin məbləğin 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.