Avropa İranla dialoqa şərt qoyub: Nüvə əməkdaşlığına möhlət əvəzində sanksiya güzəşti

Bölmə: Dünya › ,
Tarix: 23:49 25.07.2025

Avropa üçlüyü İrana sanksiya möhlətini şərtləndirib. Böyük Britaniya, Almaniya və Fransa İranın ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə dialoqunu bərpa etməsi halında, ona sanksiyalarla bağlı bir neçə aylıq möhlət verməyə hazırdır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az" a açıqlamasında bildirib ki, İran ilə hazırda sanksiya altındadır:

 

"Bu cür davranışlarını davam etdirsə, təbii ki, yeni sanksiyalar da gələ bilər. Bugün İran faktiki olaraq Qərbin geniş müqiyyəsli sanksiyalarından həqiqətən də ciddi əziyyət çəkir. Yəni, istər yeni texnologiyaların alınıb tətbiq olunması, istərsə də özünün hava nəqliyyatının yenilənməsi, yenilərinin alınması, köhnələrinin təmir edilməsi, ümumiyyətlə, İranlı məmurların xaricə çıxışları bu və ya digər şəkildə əngəllənir. Yəni, bütünlükdə dövlət sanksiya altındadır və əlbəttə ki, bu sanksiyaların aradan qaldırılması üçün anlaşmaq lazımdır. Anlaşmaq üçün də hər şeydən öncə İranın nüvə silahı iddiasından imtina etməsi lazımdır. İran bunu edirmi? Açıq bəyanat verməlidir və təbii ki, müvafiq nəzarətin aparılması, yoxlamaların aparılması üçün də şərait yaratmalıdır. Yaratmayacağı təqdirdə həmin sanksiyalar tam gücü ilə İrana qarşı davam edəcək və bu da dövlətin, ölkənin, bütünlükdə xalqın çox ciddi əziyyətlər çəkməsinə gətirib çıxaracaq. İndi bir hakimiyyət düşünün ki, öz xalqına bu zülmü verəcək. Bunu İranda görürük. Fars Molla rejimi 10 illərdir, öz xalqına zülm edir. Nəyə görə? Sən demə, nüvə silahı yaratmağı istəyirlər, insan haqları məsələlərində güzəşdə getməyi istəmirlər. Dünya ilə ayaqlaşmağı istəmirlər. 21-ci əsrdə heç bir dövlət təcrid olunan şəkildə öz qaydalarını tətbiq edə bilməz. Hamı bu qlobal dünyada uyğun şəkildə, eyni qaydalar çərçivəsində davranmağa məcburuq. Çünki bu, bəşəri məsələdir və heç bir dövlətin, heç bir xalqın da yaxısını kənara çəkməyə haqqı yoxdur".

 

O həmçinin bilidirib ki, İndiki şəraitdə biz müşahidə edirik ki, İran şərtləri qəbul etməyə hazır görünür:

 

"İran sadəcə olaraq vaxt uzatmağa çalışır, eyni zamanda çalışır ki, mümkün qədər ortalığında dolaşsın, amma nəticə olmasın, yəni atom nüvə texnologiyalarının işlənməsindən imtina etməsin, bu və ya digər şəkildə baş qatsın. Əlbəttə ki, bu hazırlığın olmaması az öncə dediyim kimi İran xalqının başında çatlamağa davam edəcək. İnsanlar, xüsusən də sadə vətəndaşlar ciddi -ciddi əziyyət çəkməyə davam edəcəklər".

 

Ayşən Səlimova