“Fransanın Fələstini tanıması gözlənilən idi” -Oqtay Qasımov

Tarix: 20:25 25.07.2025
Fransa BMT Baş Assambleyasının (GA) sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq. Bunu Fransa Prezidenti Emmanuel Makron “X” hesabında bildirib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Fransanın bu addımı atacağı gözlənilirdi:
“Qəzzada savaş başlanandan sonra Fransanın İsrailə tərəflər arasında münasibətləri gərginləşdirən faktora çevrilib. Fransanın Yaxın və Orta Şərqdə maraqları var. 100 il öncə Fransa burada Suriyada özünün müstəmləkə mandat sistemini quran dövlətdir. Onun burada maraqları var. O baxımdan Ərəb dünyasının rəğbətini qazanmaq üçün Fransa belə bir addım atmaqla bağlı niyyətini ortaya qoyub. Amma nəzərə alsaq ki, Avropanın bəzi ölkələri də bu istiqamətdə addımlar atırlar. İspaniya və digər dövlətlər də bu məsələdə kifayət qədər mövqe tuturlar. O baxımdan Fransanın elə bir qərar qəbul etməsi mümkün görünür və ehtimal kifayət qədər yüksəkdir. Şübhəsiz ki, Avropa Ölkələrinin bəziləri Fransa ilə yaxın olanlar belə bir addım atmaq ehtimalları var və yüksələ bilər. Bu addımın atılması Fələstinin gələcəkdə müstəqil dövlət kimi tanınması istiqamətində atılacaq addımlardan biridir. Amma İsrail- Fələstin məsələsi kifayət qədər mürəkkəb məsələdir. Hələlik Fransanın Fələstinin müstəqilliyini tanınması proseslərə çox ciddi təsir edə bilər. Hazırkı şəraitdə onun çox böyük təsiri olacağını düşünmək gələcəyə yönəlik dövrdə bu mümkün variantdır”.
Nuray Əliyeva