“Mədəniyyət” kanalına gənc jurnalist direktor müavini təyin olunub

Bölmə: MEDİA › ,
Tarix: 10:27 08.10.2019

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan "Mədəniyyət" kanalında yeni kadr təyinatı olub. İnformator.az xəbər verir ki, jurnalist Bəhruz Niftəliyev "Mədəniyyət" kanalında direktor müavini postuna gətirilib. Xəbəri B.Niftəliyev özü də təsdqiləyib. “Sevgi və vicdanla işimi görməkdən hər zaman zövq aldım. Bundan sonra isə yoluma "Mədəniyyət" kanalının direktor müavini kimi davam edəcəm . Gəncləşən və inkişaf edən Azərbaycan televiziyasında belə bir vəzifənin mənə həvalə olunması qürurvericidir . Təşəkkür edirəm!”. Qeyd edək ki, Bəhruz Niftəliyev bundan əvvəl AzTV-nin "Mədəniyyət xəbərləri" redaksiyasında müxbir, redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. O, əməkdar jurnalist Flora Xəlilzadənin oğludur.