"Space" televiziyasına yeni rəhbər təyin olunub

Bölmə: MEDİA › ,
Tarix: 17:53 20.05.2021

Müşfiq Hətəmov "Space" TV-nin rəhbəri təyin olunub.

 

İnformator.az xəbər verir ki, Müşfiq Hətəmov 1969-cu ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ölkedə kino və televiziya sahələrində prodüserlik fəaliyyəti ilə məşğul olan ilk mütəxəssislərdəndir.

 

Uzun müddət dövlet kino sistemində fealiyyet gosterib, Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. Əməkdar İncəsənət Xadimi, Azərbacan Prodüserlər Gildiyasının sədridir.