Jurnalist tələbələrə şad xəbər-MEDIA və BDU yeni layihələrə başlayır

Bölmə: MEDİA › ,
Tarix: 22:27 30.03.2022

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla görüşüb.

 

Görüşdə əsas məsələ media üçün gənc, peşəkar mütəxəsislər hazırlamaq olub. Həmçinin, BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin peşəkarlığını artırmaq üçün gələcəkdə baş tutması planlaşdırılan ortaq layihələrdən də bəhs edilib. Keçirilməsi planlaşdırılan layihələrlə tələbələrin təcrübi biliklərinin artırılması, onlara praktiki fəaliyyətin aşılanması nəzərdə tutulub.

 

Bakı Dövlət Universtetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova "İnformator"a açıqlamasında bildirib ki, MEDİA və BDU yeni layihələrə başlayır. O bu görüşün gənc jurnalist tələbələr üçün yeni mərhələ olduğunu deyib. Əlavə edib ki, yeniliklər birgə memorandumdan sonra açıqlanacaq. Daha sonra birgə fəaliyyətin gələcək addımları müzakirə olunub.

 

Mədinə İlham