Qaraheybətdə helikopter qəzasından 1 il ÖTÜR

Bölmə: Hadisə › ,
Tarix: 08:14 30.11.2022

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür.

İNFORMATOR.AZ xəbər verir ki, 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.

Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuşdur

Şəhid olan hərbçilərin adları:

1. Polkovnik Cavadov Füzuli Əli İbram oğlu;

2. Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. Mayor Həsənov Elmir Mircəlil oğlu;

4. Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. Mayor Mayılov Emil Şahid oğlu;

6. Mayor Məmmədov Murad Yaşar oğlu;

7. Mayor Əliyev Emil Elman oğlu;

8. Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. Kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. Kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. Kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. Leytenant Süleymanov Abdulla Telman oğlu;

13. Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. Nəbiyev Elçin Fikrət oğlu (ehtiyatda olan polkovnik).

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.