“Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" layihəsinin icrasına başlanılıb

Tarix: 22:18 08.03.2023
“Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" layihəsinin icrasına başlanılıb.
İnformator.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin təşkilatçılığı ilə reallaşır.
Layihə ölkəmizin ərazi bütövlüyünün qorunması və təmin olunması istiqamətində baş vermiş müharibələrdə iştirak etmiş qazilərə media və informasiya savadlılığı çərçivəsində psixoloji dəstək verilməsindən bəhs edir.