Azərbaycanda səfərdə olan NATO-nun nümayəndə heyəti "N" saylı hərbi hissəsini ziyarət edib

Bölmə: Siyasət › ,
Tarix: 10:21 10.03.2023

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti "N" saylı hərbi hissəsini ziyarət edib.

 

Bu barədə İNFORMATOR.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

 

Qonaqlara hərbi hissənin tarixi, əsas fəaliyyət istiqaməti, eləcə də NATO-Azərbaycan əlaqələri haqqında brifinq təqdim olunub, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Sonra hərbi hissənin silahlanmasında olan döyüş vasitələri ilə tanış olan nümayəndə heyətinə onların taktiki-texniki göstəriciləri haqqında ətraflı məlumat verilib.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.