Türkiyədə Prezident seçkilərinin tarixi bu gün bəlli olacaq

Bölmə: Siyasət › ,
Tarix: 11:27 10.03.2023

Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin 14 may tarixində başlayacaq seçkilərlə bağlı bu gün saat 14:00-da rəsmi açıqlama verəcək.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğanın açıqlamasından sonra rəsmi olaraq, seçkilərin keçiriləcəyi tarix dəqiqləşəcək. Bunun ardından, Türkiyədə seçki dövrü başlayacaq.

 

Onu da qeyd edək ki, bu müddətdə həm Prezident, həm də millət vəkili seçiləcək.