BDU-nun iki saylı korpusu niyə bağlanıb? - RƏSMİ AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 18:19 14.03.2023

Artıq 1 aydır ki, Bakı Dövlət Universitetinin 2 saylı korpusunda tədris dayandırılıb. 

 

BDU-nun mətbuat katibi Kəmalə Quliyeva bununla bağlı İnformator.az-a açıqlama verib.

 

O bildirib ki, BDU-nun 2 saylı korpusunda hazırda söküntü işləri gedir:

 

"Bu korpusda tədris 2023-cü ilin fevral ayından dayandırılıb. Çünki bina əsaslı şəkildə təmir olunacaq. Təmirin növbəti tədris ilinə qədər başa çatması planlaşdırılır".

 

Qeyd edək ki, təmirdən öncə bu binada tədris olunan fakültələr müvəqqəti olaraq Bakı Dövlət Universitetinin digər korpuslarına köçürülüb. 

 

Xəyalə Rza