Ailə dəyərlərinin təbliği ilə bağlı müsabiqənin qalibləri mükafatlandırıldı – SİYAHI

Bölmə: Sosial › ,
Tarix: 19:48 16.03.2023

Martın 16-da Səs Media Qrupun konfrans zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ailə modelinin gənc nəslə təbliği” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə layihə rəhbəri Emin Mehtiyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Orxan Maşayev, Səs Media Qrupunun əməkdaşları, media nümayəndələri, ictimaiyyət nümayəndələri və elan edilən “Müasir dövrdə Azərbaycan ailə modelini necə qoruyub saxlamaq olar?” mövzusunda İB-in təşkil etdiyi müsabiqənin qalibləri iştirak etmişlər.

Layihənin eksperti, sosioloq Elçin Bayramlı mövzunun bugünkü cəmiyyətimizdə çox aktual olduğunu və məhz bu səbəbdən təşkilatın bu mövzuda jurnalistlər və gənclər arasında yazı müsabiqəsi təşkil etdiyini qeyd edib. O bildirib ki, müsabiqəyə bu mövzuda çox maraqlı yazılar təqim olunub və bu səbəbdən də qalibləri seçmək münsiflər üçün asan olmayıb.

Ekspert yazıların Azərbaycan ailə dəyərləinin qorunub saxlanması üçün təsirli təbliğat materialları olduğunu deyərək ki, qeyd edib ki, jurnalistlərin belə mövzuları daim gündəmdə saxlaması, media və ictimai təşkilatların bu sahədə əməkdaşlıq etməsi ümumi işin xeyrinədir.

Daha sonra o sözü layihənin rəhbəri Emin Mehdiyə verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu kimi layihələrə dəstək göstərdiyi üçün minnətdarlığını bildirən layihə rəhbəri qeyd edib ki, ümumilikdə 2 müsabiqə elan olunub və bu gün jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılacaq. 12 gün sonra isə gənclər arasında təşkil olunan digər müsabiqənin də nəticələri açıqlanacaq və qaliblər mükafatlandırılacaq.

Daha sonra jurnalistlər arasında müsabiqənin qaliblərin elan olunub.

1-ci yer – Vüsalə Qələndərli (Asiya-Fakt İnformasiya agentliyi)

2-ci yer – Rövşən Rəsulov (“Səs” qəzeti)

3-cü yer – Lalə Mehralı (TvPress.Az internet qəzeti)

Həvəsləndirici mükafatlar;

-Təbriz Vəfalı (Bakı Xəbər qəzeti)

-Kəmalə Təyyarqızı (SİA)

Qaliblərə Diplomlar və texniki cihazlar təqdim olunub.

Qeyd edək ki, təşkilatın layihə çərçivəsində gənclər arasında təşkil etdiyi növbəti müsabiqənin nəticələri martın 28-də elan olunacaq və qaliblər mükafatlandırılacaq.