Keçmiş Apple işçisi həbs olundu
Bölmə: Hadisə › ,Tarix: 16:35 01.05.2023
Apple şirkətindən pul oğurlayan keçmiş işçisi həbs olundu.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Apple-dan təxminən 17 milyon dollar oğurlayan keçmiş işçi 19 milyon dollar təzminat və 3 il həbs cəzası alıb.
Dhirendra Prasad adlı işçi vergidən yayınma və ABŞ hökumətini aldatmaqda da ittiham olunur.
Ötən iin martından müxtəlif ittihamlarla qarşı-qarşıya olan sözügedən işçinin 3 il müddətinə azadlıqdan məhrum edildiyi deyilib.
Onun 2008-2018-ci illər ərzində Apple-da çalışdığı bildirilib.