"Roki"nin rəqibi: "Həkimlər 3 il ömrün var dedilər"

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:31 16.05.2023

Dünya şöhrətli 65 yaşlı aktyor Dolf Lundqren 8 il əvvəl ona qoyulan xərçəng diaqnozu və müalicəsindən danışıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, "Rokki 4" filmində "Sovet boksçusu İvan Draqo" obrazını canlandıran İsveçli uzaq şərq döyüş sənəti üzrə peşəkar idmançı, prodüser, rejissor və aktyor Dolf Lundqren 2015-ci ildə böyrəyində şiş aşkarladığını bildirib.

 

O vaxtdan bəri xərçənglə mübarizə apardığını ifadə edən Dolf Lundqren 2020-ci ildə reflü olduğunu düşünərək yenidən həkimlərə müraciət edib. Bu zaman reflü olmadığını, şişin orqanizmə yayıldığını öyrənib. Lundqren başqa bir onkoloqdan məsləhət almağa qərar verib. Drakaki adlı bu onkoloq xərçəngi dərmanlarla müalicə edə bilən, şişləri 90 faiz azaltmağa kömək edən müalicə üsulu tapıb.

 

İndi həyata başqa gözlə baxdığını deyən Lundqren hisslərini izah edərkən emosional ifadələrə yer verib: "Artıq hər günün qədrini bilirəm".