27 yaşlı model sevgilisi tərəfindən qətlə yetirildi

Bölmə: Hadisə › ,
Tarix: 23:16 17.05.2023

 27 yaşlı ukraynalı model qətlə yetirilib.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı ukraynalı model Alona Savçenko Taylandın Banqkok şəhərində 25 yaşlı sevgilisi Yan Yerzi Laqoda-Filippovla qaldığı otel otağında sevgilisi tərəfindən qətlə yetirilib.
 
Qatil sevgilisini otel otağında öldürüb, daha sonra cansız bədənini tikə-tikə doğrayıb qaçmağa çalışarkən sərhəddə yaxalanıb.
 
Daily Mail-də yer alan xəbərə görə, cütlüyün otel otağına gedərkən çox şən olduğu cinayətdən öncəki təhlükəsizlik kameralarında görünüb. Gənc modeli naməlum səbəbdən öldürən Jan ertəsi gün səhər tələsik əlində çamadanla oteldən tək çıxanda məmurlar şübhələnib və polisə məlumat veriblər.
 
Janın mindiyi taksi sürücüsü də onun şübhəli davranışını görəndə otelə məlumat verib. Taksi sürücüsünün çağırışından sonra otel işçiləri otağa daxil olanda modelin əlləri, qolları və ayaqları kəsilmiş qan içində cansız bədənini görüblər.
 
 
Gənc modelin qətlinə səbəb olan Jan etdiyi əməldən peşman olmadığını bildirib.