Premyer Liqada "mövsümün ən yaxşı" namizədləri açıqlandı

Bölmə: İdman › ,
Tarix: 22:55 18.05.2023

Premyer Liqada bu mövsümün ən yaxşılarını müəyyən edəcək mükafatlara namizədlər açıqlanıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında 2022-2023-cü il mövsümünün ən yaxşı oyunçu və məşqçi kateqoriyasında namizədlər müəyyənləşib. "Mançester Siti"dən Erlinq Haaland və Kevin De Bruyne, "Tottenhem"dən Harri Keyn, "Arsenal"dan Bukayo Saka və Martin Odeqard, "Mançester Yunayted"dən Markus Reşford və "Nyukasl Yunayted"dən Kiran Trippier mövsümün ən yaxşı namizədlərdən biri olub.

 

Pep Qvardiola (Mançester Siti), Mikel Arteta (Arsenal), Unai Emeri (Aston Villa), Eddi Hou (Nyukasl Yunayted), Roberto De Zerbi (Brayton Hove Albion) və Marko Silva (Fulhem) ən yaxşı texnik direktor namizədləridir. 

 

Azarkeşlərin, komanda kapitanlarının və futbol mütəxəssislərinin mayın 22-nə kimi iştirak edə biləcəyi səsvermədən sonra mövsümün ən yaxşı futbolçusu 27 may şənbə günü, ilin ən yaxşı məşqçisi isə mayın 30-u çərşənbə axşamı açıqlanacaq.