Boris Consonun qayda pozması ilə bağlı iddialar var

Bölmə: Hadisə › ,
Tarix: 22:11 24.05.2023

İnformator.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Kovid pandemiyası zamanı qayda pozuntusuna yol verməsi ehtimalı ilə Nazirlər Kabineti tərəfindən polisə göndərilib.

 

2020-ci ildə Kovid qaydalarını pozduğu üçün ötən il pul cəzası alan keçmiş baş nazir isə haqqında olan iddiaları qəbul etməyib.

 

Buna rəğmən Nazirlər Kabinetindən bildirilib ki, məmurlar dövlət qulluğu qaydalarına əsasən sənədləri polisə göndərməyə borcludurlar.

 

Sayad