Belçikada üç mindən çox qaçqın sığınacaq problemi yaşayır

Bölmə: Dünya › ,
Tarix: 22:59 25.05.2023

Belçikada aprel ayının sonuna olan məlumata görə, 3171 sığınacaq axtaran şəxs küçələrdə qalıb.

 

İnformator.az xarici mediaya istinadən məlumat verir ki, Brüsseldə yerləşən 7 təşkilat qaçqın böhranı ilə bağlı birgə yazılı açıqlama verib. Açıqlamaya görə, ötən ayın sonu etibarilə 3171 sığınacaq axtaran şəxs Federal Sığınacaq Qəbul Təşkilatı tərəfindən yer verilmədən küçələrdə və ya sığınacaq üçün uyğun olmayan yerlərdə qalmağa məcbur edilib.

 

Qeyd edək ki, artıq uzun müddətdir ki, Belçikada sığınacaq axtaranlar üçün yer çatışmazlığı ilə bağlı böhran davam edir.

 

Aydan



31 dəfə oxunub