NASA Ayda qəzaya uğrayan Yapon kosmik gəmisini görüntülədi

Tarix: 23:28 25.05.2023
NASA Aya enişi planlaşdırılan, amma eniş zamanı qəzaya uğradığı müəyyən edilən ilk Yapon kosmik gəmisinin qalıqlarını görüntüləyib.
İnformator.az Ensonhaber-ə istinadən xəbər verir ki, Yaponiyada yerləşən kosmos şirkəti tərəfindən istehsal edilən və aprel ayında Aya göndərilən kosmik gəmi eniş zamanı problem yaşayıb. Aprelin 26-da Ay səthinə eniş etməyi planlaşdıran kosmik gəmi Ay səthinə düşüb.
NASA komandası eniş cəhdindən əvvəl eyni ərazinin şəkillərini müqayisə edərək, ehtimal edilən eniş yerində qeyri-adi səth dəyişikliyini müəyyən edib.
35 dəfə oxunub