Böyük Britaniyaya immiqrasiya rekordu: 600 mini keçdi!

Tarix: 21:17 26.05.2023
Britaniya Milli Statistika İdarəsi ölkəyə immiqrasiya haqqında hesabat dərc edib.
İnformator.az xarici KİV-ə istinadən məlumat verir ki, ötən il Böyük Britaniyaya immiqrasiya rekord səviyyəyə qalxaraq 606 min nəfər təşkil edib. İdarə son aylarda immiqrasiya nisbətlərinin yavaşladığını da qeyd edib.
Məlumata əsasən, 2022-ci ildə təxminən 1,2 milyon insan təhsil, iş və digər səbəblərlə İngiltərəyə gəlib, 557 min insan isə ölkəni tərk edib.
Şəbnəm
23 dəfə oxunub