Rusiya: “Apple” vasitəsilə ABŞ kəşfiyyatının casusluq əməliyyatını ifşa etdik"

Bölmə: MEDİA › ,
Tarix: 18:50 01.06.2023

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ kəşfiyyat orqanlarının minlərlə Apple telefonu üzərində həyata keçirdiyi casusluq əməliyyatının ifşa edildiyini açıqlayıb.

 

İNFORMATOR.AZ xarici mediaya istinadən xəbər verir ki, FTX yazılı açıqlamasında Apple telefonlarında yeni bir zərərli proqram növü aşkar edildiyi və minlərlə Apple telefonuna virus yoluxduğu bildirilib.

 

Bəyanatda Rusiya, keçmiş Sovet İttifaqı ölkələri, o cümlədən NATO üzvləri, İsrail, Suriya və Çindəki xarici diplomatların telefonlarının virusla hədəf alındığı bildirilib.

 

Nigar