Rusiyadan "WhatsApp"a yüksək məbləğdə cərimə

Bölmə: MEDİA › ,
Tarix: 20:28 01.06.2023

Rusiya WhatsApp-ı yüksək məbləğdə cərimələyib.
 
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya məhkəməsi WhatsApp-ı qadağan olunmuş məzmunlu söhbət otağını silmədiyinə görə 3 milyon rubl (təxminən 37 min dollar) cərimələməyə qərar verib.
 
Paytaxt Moskva məhkəməsində WhatsApp vasitəsi ilə qeyri-qanuni yolla antidepresan satıldığı müəyyən edilib. Məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq WhatsApp-ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və məhkəmə WhatsApp-ı 3 milyon rubl cərimələyib.