"Whatsapp" istifadəçilərinə şad xəbər: Artıq səs yazılarını...

Bölmə: MEDİA › ,
Tarix: 14:58 02.06.2023

WhatsApp-a səs statusu funksiyası gəldi. Artıq status paylaşımı təkcə vizual yox, həm də səsli şəkildə edilə bilər.

 

İnformator.az bildirir ki, WhatsApp səs statusu funksiyası Android 2.23.2.8 yeniləməsi ilə təqdim edilib. Bu funksiya ilə istifadəçilər artıq 30 saniyəyə qədər səs yazılarını paylaşa biləcəklər.

 

Qeyd edək ki, irəliləyən zamanlarda saniyə limitinin ortadan qaldırılacağı gözlənilir.