"Instagram"dan yeni funksiya: Hekayəyə kimin baxdığı bilinəcək

Bölmə: MEDİA › ,
Tarix: 21:33 05.06.2023

Instagram üçün maraqla gözlənilən yeni xüsusiyyət açıqlanıb.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, artıq istifadəçilər bu faydalı xüsusiyyət sayəsində hekayələri görənlər arasında axtarış apara biləcəklər.
Əvvəllər GIF-lərlə şərh yazmaq imkanını elan edən şirkət indi illərdir hekayələr üçün çox tələb olunan funksiyanı təqdim edib.
 
Hazırda Instagram istifadəçiləri onların hekayələrinə kimin baxdığını görə bilirlər. 
 
Yeni funksiyanın gəlməsi ilə hekayələri kimin gördüyünü tapmaq daha asan olur. İstifadəçilər ekranın yuxarısındakı axtarış çubuğu sayəsində hekayəni kimin gördüyünü də axtarış edərək tapa biləcəklər.
 
Artıq kiminsə hekayənizə baxıb-izləmədiyini görmək üçün kontaktlar arasında hərəkət etməli olmayacaqsınız. Sadəcə bu axtarış çubuğuna istifadəçi adını yazın və siz onun baxıb-baxmadığını görə biləcəksiniz.