BİRİNCİ XANIMINDAN BOŞANSA DA, İKİNCİNİN BIÇAĞINDAN XİLAS OLA BİLMƏDİ
Bölmə: Hadisə › ,Tarix: 12:39 10.08.2023
Ailə qurdu, əkiz övlad atası oldu, daha sonra boşandı və cinayət törədərək həbsxanaya düşdü. Azadlığa çıxıb, ikinci dəfə nigah masasına əyləşən şəxs bu dəfə hamilə qadınının bıçaq zərəbəsi ilə həyatından oldu. Hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib.
36 Yaşlı Ağahüseyn İmanovla üç ay öncə ailə qurduğu həyat yoldaşı 34 yaşlı Əfsanə Məmmədova bu evdə yaşayıblar. Elə hadisə də burda baş verib. Hadisə gecə satlarında, yaxud səhər saatlarında baş verib, bununla bağlı hələki bir məlumat yoxdur, amma yaxınları səhər saatlarında, təqribən on radələrində hadisənin baş verdiyini görüblər və dərhal hüquq mühafizə orqanlarına məlumat veriblər. Əraziyə gələn Sumqayıt şəhər prokurorluğunun əməkdaşları bıçaqlanan Ağahüseyn İmanovun elə yerində keçindiyini təsdiqləyiblər. Hadisəni törədən Əfsanə Məmmədova könüllü şəkildə polisə gedərək təslim olub.
Qonşuların sözlərinə görə, həyatını itirən Ağahüseyn təqribən 6 ay öncə azadlığa çıxıb. Yeni həyata başlamaq qərarına gələn gənc əvvəlcə restoranlardan birində kababçı kimi çalışıb, sonra ikinci dəfə ailə həyatı qurub. İddialara əsasən, dağılan ailəsini tez-tez ziyarət etdiyi, əkiz övladları ilə maraqlandığı üçün Ağahüseynlə ikinci həyat yoldaşı arasında mübahisə yaranıb. Elə hadisənin də məhz bu səbəbdən baş verdiyi ehtimal edilir. “Getdi ailəsi onu qəbul eləmədi, o vaxtı dəcəllik eləmişdi ayrılmışdı. İki dənə balası var, bir oğlu, bir qızı”.
Hazırda qətli törədən və hamilə olan Əfsanə Məmmədova ilə bağlı Sumqayıt Şəhər prokurorluğunda cinayyət məcəlləsinin 120.1-ci, qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Gündüz