YENƏ PİRİUS, YENƏ ÖLÜM
Bölmə: Hadisə › ,Tarix: 23:06 14.09.2023
2017-ci il təvəllüdlü Sinan İbrahimovu Ülvi Qurbanovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil vurub. Hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Ordubad" marketin qarşısında baş verib. Xəsarət alan Sinan İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. "Prius" markalı avtomobillərin qəza sayının artmasının səbəbi nədir? Problem doğrudanmı, bu marka olan maşındadır?
Bu hadisələr cəmiyyət içərisində "Prius"u "qəza maşını" kimi tanıtdırıb. Nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirir ki, bunun "Prius"la heç bir əlaqəsi yoxdur, bu tip qəzalar maşını idarə edə bilməyən sürücülərin məsuliyyətsizliyidir. "Özünü idarə edə bilməyən insanlar kirayə avtomobil götürüb idarə edirlər, bu da qəza sayının artmasına səbəb olur. Azyaşlı uşağın ölümü ilə nəticələnən hadisəyə gəldikdə, günahkar azyaşlının özü də ola bilər ki, qəflətən maşının önünə çıxıb. Valideyn məsuliyyətsizliyi də burada əsas məqamlardan biri ola bilər".
Çinarə Muradova