Heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib-Ekspert detalları açıqlayır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:12 02.01.2024

Yanvarın 1-dən Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu barədə iqtisadçı Natiq Cəfərli İnformator.az-a açıqlama verib. O bildirib ki, bu qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minib və bu il bu qərarın vaxtı 3 il müddətinə qədər uzadılıb.

 

"Bu qərar əfsus ki, əvvəlki illərdə bazarda ciddi dəyişikliklər etmədi. Lakin bu qərarın vaxtının uzadılması pozitif bir haldır. Ən azından vaxtın uzadılması gətirib ona çıxaracaq ki, bu sahədə ciddi qiymət artımı müşahidə olunmayacaq və qiymətlər indiki ətalətlə davam edəcək".

 

Natiq Cəfərlinin sözlərinə görə, əgər bu güzəşt ləğv edilsəydi, qiymətlər daha sürətlə və daha ciddi arta bilərdi.

 

"Qərar bazarda çoxda böyük dəyişikliklər etməsə də bu qərar doğru qərardır".

 

Ekspert heyvan və quş ətində qiymət düşümü üçün istehsal artımı və məhsul bolluğunun lazım olduğunu vurğulayıb.

 

Yusif Mamedov