Pensiya alanların diqqətinə !-Qaydalarda dəyişiklik edildi

Bölmə: Sosial › , İqtisadiyyat › ,
Tarix: 21:58 22.02.2024

Azərbaycanda əmək pensiyası yaşı kişilərdə 65, qadınlarda isə 2024-cü ilin iyun ayının 30-dək 63 il 6 ay olsa da, bu, heç də hamıya aid deyil. Belə ki, bəzi sahələrdə çalışan şəxslərin pensiya yaşı 5 ildən 15-dək azaldılır.


Mövzuyla bağlı iqtisadçı ekspert Ruslan Atakişili "İnformator.az"a açıqlama edib:

 

"Azərbaycanda kişilər üçün 65 il, qadınlar üçün 63 il 6 ay olan əmək pensiyaları ilə bağlı yaş həddi müxtəlif sahələr üzrə güzəştlər olmaqla azaldılır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 20 yanvar tarixli 12 nömrəli qərarına əsasən, güzəştli şərtli yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq olub".

 

Ekspert bildirir ki,  xeyli sayda peşə var ki, bu peşələrdə çalışan insanlara güzəştlər tətbiq olunub, 5 ildən 15 ilə qədər yaş həddi azaldılıb.

 

" Bu, dağ-mədən sahəsində çalışan, bərkidicilər, baş energetiklər, o cümlədən filizlərin çıxarılması sahəsində çalışan doğrayıcılar, qazma-qurğu maşinistləri və s. sahələrdə çalışan insanlara şamil olunur. Ümumilikdə bunun həyata keçirilməsinin səbəbləri var ki, bu sahələr insan orqanizmi üçün təhlükəlidir. Şüalanma, stressli hadisələr, ağır hava şəraiti səbəblərilə insan üçün zərərli işlərdə çalışan işçilərə güzəştlər şamil olunur. Bu kimi hallar beynəlxalq aləmdə, xarici ölkələrdə də tətbiq olunur".

 

Natiq Cəfərli qərarda edilən dəyişikliklərin kimlərə aid olduğunu da vurğulayıb:

 

"Bu qərarın aid olduğu şəxslər xüsusi imtiyazlı sahələrdə çalışan şəxslərə aiddir. Çox zaman zərərli, təhlükəli, ordu işlərində çalışan şəxslərə aid edilir. Onlarda təqaüd yaşı, staj ili fərqli şəkildə hesablanır".

 

 

Azər Abuşov