Bakı Dövlət Universitetində “Azərbaycan qadınının “İşıq”ı – dünəndən bu günə” adlı tədbir keçirilib

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:28 15.03.2024

Bu gün Bakı Dövət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan qadınının “İşıq”ı – dünəndən bu günə” adlı tədbir keçirIlib.

 

Tədbirdə universitetinin professor-müəllim heyəti, tələbələr, Milli İrsi Mədəni tarixi Araşdırmalar (MİMTA) Fondunun və “İşıq” jurnalının əməkdaşları iştirak ediblər.

 

"İşıq" jurnalı və "Bakı Universiteti" qəzetinin məsul redaktoru Afaq Sadıqova keçirilən tədbir və " İşıq" jurnalı ilə bağlı fikirlərini "İnformator.az" ilə bölüşüb 

 

Afaq xanım bildirib ki, "İşıq" qadın jurnalı keçən əsrdən bu günə gələn jurnaldır.

 

"İşıq" müasir jurnal olmasına baxmayaraq,keçmiş ənənələri də özündə birləşdirir yəni həm keçmiş həm də müasir məqalələr "İşıq"da dərc olunur.

"İşıq" jurnalının əsas məqsədi cavanlarımızı bilgiləndirmək, şərqdə ilk dəfə çıxan qadın mətbuatı haqqında gənclərimizi maarifləndirmək və bu adət-ənənələri kiçik cəmiyyətdən böyük cəmiyyətə ötürməkdir".

 

Afaq xanım qeyd edir ki, adət-ənənələrimizi nəsildən-nəslə ötürmək saf cəmiyyətin yaranması ilə nəticələnir 

"Nə xoş ki, Azərbaycanda bizim igid oğullarımızı, gözəl xanımlarımızı böyüdən analarımız var və ailə dəyərləri də elə həmin qadınlarımızdan yəni nənələrdən analara, analardan isə qızlara ötürülür. Adət-ənənələrimizin düzgün şəkildə təbliği ilə yanaşı həm də "İşıq" jurnalının özəlliyi ondan ibarətdir ki, son dövrlərdə dərc olunan yeganə mətbuat orqanlarından sayıla bilər ki, böyüklər kiçiklərin, kiçiklər də böyüklərin yanında rahatlıqla "İşıq" jurnalını əlinə alıb, utanmadan oxuya bilərlər".

 

Aydan İsayeva