Parksız qəsəbələr: Problem necə həll edilməlidir?-RƏYLƏR

Bölmə: Sosial › ,
Tarix: 23:13 28.03.2024

Paytaxtın mərkəzi hissələrində insanların istirahət edə bildiyi, uşaqların əyləndiyi parklar, yaşıllığ zonaları var. Mərkəzdən kənar bir, iki qəsəbədə də belə istirahət zonaları var. Bibiheybət və Balaxanı bunlardandı. Amma geridə qalan digər qəsəbələrin deməy olar əksəriyətində insanların dincələcəyi, uşaqlarını apara biləcəyi parklar yoxdur. Bəs bunun səbəbi nədir?

 

Ramana, Zabrat, Hövsan və digər mərkəzdən kənar bir neçə qəsəbə insanların kifayət qədər çox məskunlaşdığı ərazilərdir. Bu qəsəbələrdə insanların sıxlığı gündən-günə artır. Amma məskunlaşmanın çox olmasına baxmayarağ bu qəsəbələrdə yaşayanların deməy olar istirahət etmək, gəzmək, əylənmək üçün yerləri yoxdur.

 

Qəsəbədə uşağların əylənə biləcəyi, böyüklərin oturub dincələ biləcəyi çox kiçik yerlər var ki, onlar da bəzi binaların həyətində yerləşir. Belə yerlər isə 10 bəlkə də 100 minlərlə insanın yaşdığı qəsəbə üçün kifayyətsizdir. Bu səbəbdən də uşağlar əylənmək üçün ya valideynləri ilə mərkəzlərdəki parklara gedir, ya da məhəllələrdə, boş gördükləri ərazilərdə oynayırlar. Belə olduqda da uşaqların sosiallaşa bilmirlər. Günləri tozlu, torpağlı küçələrdə keçir. Mütəxəsislər deyir ki, insanların sıx məskunlaşdığı belə qəsəbələr salınarkən mütləq parklar, əyləncə mərkəzləri də məzərə alınmalıdır.

 

Memar Elçin Əliyev bildirir ki, tikinti işləri ilə məşğul olan biznesmenlərdən tələb edirlər ki, mütləq tək bina ilə söhbət bitmir:

 

"Mütləq binaya uyğun, orda yaşıyanlara uyğun parking məsələləri, park məsələləri, ticarət zonaları məsələləri layihədə artıq memar və sifarişçi tərəfinən nəzərə alınır və həyata keçirilir. Amma Bakının ətrafında hələlik parklar çatışmır".

 

Hazırda isə bu qəsəbələrdə park salına biləcək boş ərazilər demək olar ki yoxdur. Ekspert Ramil Osmanlı deyir ki, bunun səbəbi şəhər salma planına riayət edilməməsidir:

 

"Bu da onan irəli gəlir ki həmin ərazilər əksərən hökümətin planlaşdırması, şəhərsalma əsaslandırması əsasında həyata keçirilmir. Bu əsasən belə deyək vətəndaşlar tərəfindən alınır zəbt olunur pərakəndə şəkildə burda evlər tikilir. Yalnız evlər tikilənən sonra infrastruktur qurulması, bərpa olunması məsələsi aktuallaşır ortaya çıxır ki bu da təbii ki sonradan həmin ərazilərdə artıq qeyd olunan istiqamətdə işlərin görülməsi üçün boş yerlərin olmamasına irəli gəlir".