Bəzi yeməklər bişdikdən bir neçə saat sonra təhlükə mənbəyinə çevrilir

Bölmə: Sosial › ,
Tarix: 19:06 04.04.2024

Qidalanmaq həyatımızın ayrılmaz hissədir. Onlar bizə enerji verir. Bəzən bişirdiyimiz yeməkləri sabaha da saxlayırıq. İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmürlər. Bəzi qidaların saxlanma qaydaları və şəraiti düzgün olmadıqda onlar əsl təhlükə mənbəyinə çevrilir. 

 

Mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyi olur. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidalara da yoluxa bilər. Yenidən qızdırılan yeməklər tərkibindəki qidaların çoxunu itirir. nəticə etibarı ilə onun dadı da dəyişir. Onların keyfiyyətinin itməməsi üçün xüsusi şəraitdə saxlamalıyıq.

 

AQTİ-nin mütəxəssisi Cəmilə Hacızadə Atakişilinin sözlərinə görə qidalar hazırlandıqdan bir müddət sonra onların tərkibindəki bitki və ya heyvan mənşəli qida maddələri parçalanmağa başlayır:

 

"Əvvəlcədən zərərli olmayan maddələr zərərli maddələrə çevrilə bilir. Bu səbəbdən tövsiyə olunur ki, risk qrupuna daxil olan qida məhsullarında hazırlanmış olan yeməklər süfrədə 2 saatdan artıq saxlanılmasın. Elə mikroarqanizimlər varki qida məhsullarında hər hansı bir dad və yaxud qoxu dəyişiminə səbəb olmadan qida zəhərlənməsinə gətirib çıxara bilər. Bu cür mikroorqanizimləri daşıya bilən qida məhsullarına dəniz məhsullarını, süd və süd məhsulları, tort və müxtəlif şirniyyatları misal gətirə bilərik. Bu səbəbdən istehlakçılara, istifadəçilərə tövsiyyə olunur ki, ilk növbədə nə vaxt hazırlandığı məlum olmayan qida məhsullarını, yeməkləri istifadə etməsinlər".

 

 

Bəzi yeməklər elə bişirildiyi gün yeyilməlidir. Bu qidalardan biri də şorbadır. Mütəxəssislər şorbaları bişirdikdən qısa müddət sonra yeməyi məsləhət görür. Buna səbəb isə tərkibindəki inqridientlərin bişdikdən sonra orqanizmə ziyan vura biləcək tərkibə çevrilməsidir. Yəqin ki, bir çoxları mənimlə həmfikir olarlar ki, səhəri günə qalan düyünün dadı bir qədər dəyişmiş olur. Belə ki, dünəndən qalma düyü yeməyi, düyü tarlalarından gələn və hətta bişirildikdən sonra da sağ qala bilən toksin istehsal edən “Basilus cereus” bakteriyalarına ev sahibliyi edə bilər. Elə hazırlandıqları gün yeyilməli olan qidalardan danışırıqsa salatları qeyd etməsək olmaz. Stafilokok kimi bakteriyalar xəfif yeməklərin və qəlyanaltıların əsası olan qidalarda böyüməyi sevirlər. Bu səbəbdən otaq temperaturunda təzə görünməyən salatlardan uzaq durmaq məsləhətlidir.

 

Ləzzətindən doymadığımız hamburgerlərdə sabaha saxlanmamalıdır. Qiymədən hazırlanan burgerlərdə ət qarışdırılaraq hazırlandığı üçün tək bir mikroblu hissə bütünlüklə yayıla bilir. Yeyə biləcəyiniz ən təhlükəsiz burgerlər, yəqin ki, fast-food şəbəkələrində hazırlananlardır. Çünki bu restoranlarda qida vasitəsilə yoluxan xəstəlikləri minimuma endirmək üçün nəzərdə tutulmuş sistemlərdən istifadə edilir. Növbəti qidamız kartof qızartmasıdır. Belə ki, Folqa ilə örtülmüş kartofunuzu sobadan çıxdıqdan sonra iki saat ərzində soyuducuya qoymasanız, hava keçirməyən folqa içərisində yavaş-yavaş soyumaq botulizm riski yaradır ki, bu da sizin ciddi xəstələnməyinizə səbəb ola bilər. Təhlükəli qidalardan danışırqsa pomidoru qeyd etməsək olmaz. Pomidorlar tarlalardan yığıldıqdan sonra ölçüsünə və rənginə görə çeşidlənmək üçün su çənlərinə qoyulur. Və bu su çənləri çirklidirsə, pomidor suyu özünə çəkir və nəticədə bakteriyalarla dolur. Bakteriyaların böyüməsini minimuma endirmək üçün pomidorları kəsdikdən sonra bir neçə saat ərzində soyuducuya qoymalısınız.

 

Sağlamlıq insana verilən ən böyük hədiyyədir. Sağlamlığımızın qeydinə qalaq və qidalanmağımıza xüsusi diqqət yetirək.

 

Aytəkin Əliyeva 

Rəvan Mehdiyev