Şəhərdə sıxlığa son! -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:20 04.04.2024

Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Bildirilib ki, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir.

 

Yeni çəkilən avtomobil yolu sıxlığı azaldacaq ? Sözügedən yolda hansı dəyişikliklər gözlənilir ?

 

Mövzu barədə “İnformator.az”a açıqlamasında ekspert Aslan Əsədov bildirir ki, mövcud yolun çəkilişi yeni ərazilərdə məskunlaşmanən səviyyəsini artıracaq:

 

“Mövcud çəkilişi yolda sıxlığın aradan götürülməsinə dəstək olacaq. Amma bu o demək deyil ki, sıxlıq tamamilə qalxacaq. Çünki əhalinin məskunlaşma dərəcəsi kifayət qədər çoxdur və bu məskunlaşma şəhərin ətrafında - Pirşağı, Mehdiabad kimi bölgələrdə sıxlığın qaxlmasına təkan verəcək. Daha sonra yeni ərazilərdə məskunlaşmanın səviyyəsini artıracaq, daha sıx məskunlaşmanı təmin edəcək. Əsas mərkəzi şəhər ətrafı və şəhəri birləşdirən ərazilərdə isə sıxlığın tam aradan qaldırılmasına öz töhfəsini verəcək. Əsas meyar ondan ibarətdir ki, şəhərin mərkəzi ilə ətraf əraziləri birləşdirəcək bir yol təmir edilir”.

 

Azər Abuşov