Əhməd olayı yenə təkrarlandı... Dəhşətli qətl

Bölmə: Sosial › ,
Tarix: 22:28 19.04.2024

Aprelin 19-da Sumqayıt şəhərində qətl törədilib. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Gülnar Orucova bildirib ki, bu olan hadisələrin paylaşılmasını, ictima qınaq olması və s. insan beyninə təsir çox edir:

 

" Şəxs həmin hadisəni görür və düşünür ki, mən də edə bilərəm. Sosial şəbəkələrdə müxtəlif cür rəylər yazılır: düz etdi, ölməli idi, ona görə öldürdü. Övladlar da ata-anada bəyənmədiyimiz nə isə görəndə aqressiya yaranır. Əvvəllər biz valideynlərimizdə nəinki qüsuru görmək, heç axtarmaq belə düşünmürdük. Bu günki gündə özlərinin çata bilmədiyi arzularına görə valideynləri günahlandırırlar".

 

Psixoloqun sözlərinə görə, əvvəllər valideynlər övladlarının böyüdəndə düşünürdülər ki, övladı böyüyüb mənə daha yaxşı həyat yaşadacaqlar. Bu gün isə övladlar ata-ananın mülkini bölüşə bilmədiklərinə görə bu cür hallar yaşanır. 

 

"Digər səbəb isə ata-ana ayrılandan sonra analar ailə həyatı qurmaq istəyəndə və ya münasibətə girmək istəyəndə bu cür hallar yaşanır. Hər bir insan səhv edə bilər,eləcə də ata anamız, biz onların səhvini sərt şəkildə bildirib onları cəzalandırmaq haqqına sahib deyilik. Bu cür hadisələrdə medianın rolu da böyükdür. Bəzən paylaşımlar olunur tanımadan səbəbi bilmədən sərt şərhlər yazılır. Nəticə olaraq da, bu cür qətllərin sayı artır".

 

Asiman Hafizqızı