Nənə nəvəsinin sinif yoldaşını tualetdə döyməsinə kömək edib

Bölmə: Hadisə › ,
Tarix: 21:32 23.04.2024

ABŞ-da Miçiqanlı ibtidai sinif şagirdinin nənəsi ona sinif yoldaşını döyməyə kömək edib. Bu barədə The New York Post yazır.

 

Cümə axşamı, aprelin 18-də bir qadın nəvəsi ilə Mount Morris kəndindəki məktəbə məktəblilərin davranışı ilə bağlı görüşə gəlib. Dəhlizdə qızın mübahisə etdiyi bir tələbəni gördülər. Nənə və nəvə onun ardınca tualetə girdilər. Orada qadın qurbanı tutub, qız isə yumruğunu vurub.

 

Məktəb rəsmiləri hadisə zamanı başqa şagirdlərin xəsarət almadığını bildiriblər. Onlar həmçinin bildiriblər ki, hazırda qadının məktəbin içərisinə necə girdiyini öyrənməyə çalışırlar, çünki bu, təhlükəsizlik qaydaları ilə qadağandır.

 

Təcavüzkar şagirdin nənəsi həbs edilib.

 

Aynur Babayeva