Gənclərin “beynini yeyən" çağ vəbası: Məlum oldu ki, yaddaşı zəiflədir...

Bölmə: Maraqlı › ,
Tarix: 21:39 06.06.2024

Son illərin ən böyük asılılıqlarından biri də internetdir. İnternet asılılığı ilə bağlı bir araşdırma onun gənclərə təsirini ortaya qoydu.

 

Araşdırmanın nəticələrinə görə, internet asılılığının gənclərin beyin kimyasını dəyişdirdiyi, yaddaşını zəiflətdiyi üzə çıxıb. Məlum olub ki, internet asılılığı gənclərin beyin kimyasını dəyişir, daha çox asılılıq yaradan və yaddaşı zəiflədən bir şəkildə “neyron şəbəkələrini” pozur. Bu gün insanlar internetdən asılı vəziyyətdədirlər. Bu elə bir asılılıqdır ki, gənclər internetdən uzaq olanda özlərini dəli kimi hiss edirlər. Yeni bir araşdırmaya görə, bu, gənclərin yarısının internetdən asılı olduğu İngiltərədəki UCL Great Ormond Street Uşaq Sağlamlığı İnstitutunda (GOS ICH) çalışan akademiklərin gənclərin beyin strukturunu dəyişdirməsi ilə əlaqədardır. Araşdırmada internet asılılığının "funksional maqnit rezonans görüntüləmə" (fMRI) qeydləri araşdırıldı. İnternet asılılığı ilə beyində çoxlu sinir şəbəkələrində meydana gələn dəyişikliklərin daha çox asılılıq və mənfi davranışlara səbəb olduğu müəyyən edilmişdir. Bundan əlavə, araşdırılan qeydlərdə beynin aktiv düşüncədə iştirak edən hissələrində, yaddaş və qərar qəbul etmədən məsul olan icraedici idarəetmə şəbəkəsində funksional əlaqədə azalma müşahidə olundu, həm də psixi sağlamlıq və intellektual qabiliyyətə mənfi təsir göstərir. Mütəxəssislər internetə aludə olan gənclərin beyinlərinin hətta istirahət edərkən də dincəlmədiyini, bəzi hissələrdə aktivliyin artdığını müəyyən ediblər.

 

Mənbə: CNNTürk

Aytac Kərimova