Həyatdakı məqsədimizi tapmaq üçün hansı addımları atmalıyıq?
Bölmə: Sosial › ,Tarix: 21:16 27.11.2024
Həyatdakı məqsədi tapmaq mürəkkəb, lakin dəyərli bir prosesdir. Bu, insanın dərin düşüncə, özünü tanıma və şəxsi dəyərlərini kəşf etməsi ilə bağlıdır.
Mövzu ilə bağlı psixoloq Elmir Əkbər "informator.az" a açıqlamasında bildirib ki, insanın həyatdaki şəxsi məqsədini tapmaq və yaxud da, bunun psixaterapiyanın diliylə daha terminləşdirsək, həyat anlamını mənasını axtarmaq, əslində ən mürəkkəb, ən vacib, ən əhəmiyyətli prosesdir:
"Bunu elmə ilk dəfə Viktor Emil Frankol gətirib. İndi insanlar həyatlarının məqsədini tapmaq üçün terapevtə müraciət edirlər və biz onun həyatını analiz edərək məqsədlərini ortaya çıxarırıq. Burada bir çox amillərin rolu var. Məsələn burada insanın öz bacarıqları, istedadları və s. böyük rol oynayır".
Psixoloqun sözlərinə görə, ikinci olaraq, burda insanın istəkləri və üçüncü olaraq isə imkanları rol oynayır:
" Tutaq ki, insan Harvardda təhsil alıb və Nobel mükafatına yiyələnmək istəyir amma pulu yoxdursa nə etməlidir. Gedib orda da ağlayası deyil. Yəni ağlamaq heç yerdə təsirli deyil və beləcə heç kim onu təhsilə götürməyəcək".
Sevinc Zeynalova