Valideynlər hər zaman övladlarının hər bir ehtiyacına diqqət yetirməlidir?
Bölmə: Maraqlı › ,Tarix: 21:41 06.06.2024
Onilliklər ərzində aparılan araşdırmalara görə, sosial qarşılıqlı əlaqə zamanı valideynlərlə uşaqların beyinləri və davranışları arasında sinxronluq bu proseslərin mühüm hissəsidir.
İnsanlar bir-biri ilə ahəngdar və ya sinxron şəkildə müxtəlif yollarla əlaqə qururlar. Biodavranış sinxronluğu adlanan bu proseslərə hərəkətlərin imitasiyası və ürək döyüntülərinin və hormon ifrazının sinxronizasiyası daxildir. Başqaları ilə vaxt keçirərkən beyinlər bir-biri ilə sinxronlaşa bilər, çünki beyin fəaliyyəti təxminən eyni vaxtda beynin eyni bölgələrində artar. Komanda olaraq apardığımız araşdırmada valideynlərlə uşaqlar oyun oynadıqda və ya problemləri birlikdə həll etdikdə beyinlər arasında sinxronizasiyanın necə əldə edildiyini müşahidə etdik. Lakin bu yaxınlarda biz təəccüblənməyə başladıq:
Valideyn və uşaq arasında daha çox sinxronizasiya bütün şərtlərdə daha yaxşıdır?
“Developmental Science” jurnalında dərc olunmuş məqaləmizdə də izah etdiyimiz kimi, əksinə, valideyn və uşağın həddindən artıq uyğunlaşması onların münasibətlərində bəzi problemlər yarada bilər. Başqa sözlə desək, övladlarına fiziki cəhətdən yaxın olmaları, onlara uyğunlaşmaları, ehtiyaclarını hiss edərək hər ehtiyaclarına cavab vermələri tövsiyə olunur. Bu tövsiyələr həm bağlanma nəzəriyyəsinə, həm də tədqiqata əsaslanır ki, valideyn həssaslığının və əks etdirici fəaliyyətin yüksək səviyyədə olması uşaq inkişafı və təhlükəsiz bağlanma üçün faydalıdır. Bu yaxşı niyyətli tövsiyələr bəzi vacib detalları nəzərdən qaçırır. Məsələn, araşdırmalar göstərir ki, valideynlər vaxtlarının 50-70 faizi uşaqları ilə “sinxronizasiyada” olmurlar. Bu vaxtlarda tərəflər müxtəlif fəaliyyətlərlə məşğul olurlar, məsələn, uşaq özü nəyisə kəşf edir, ana və uşaq isə öz işləri ilə məşğul olurlar. Müəyyən mənada onlar fasiləsiz “sosial rəqs”dədirlər: Əvvəl valideyn və uşaq bir-biri ilə harmoniya əldə edir, sonra bunu bacarmır, sonra isə həmin itmiş əlaqəni yenidən bərpa edirlər. Bu əlaqə, əlaqəni kəsmə və yenidən əlaqə axını uşaqlara valideyn dəstəyi və orta, faydalı stressin ideal qarışığını təklif edir. Tədqiqatçılar qeyd edirlər ki, valideynlər və uşaqların bir-birinə daimi uyğunlaşması mənfi nəticələrə gətirib çıxara bilər, bu, münasibətlərdə stress yaradaraq uşaqda etibarsız bağlılığa səbəb olur. Beləliklə, valideyn-uşaq sinxronluğuna gəldikdə ideal bir orta yer var kimi görünür. Başqa sözlə, daha çox uyğunlaşmaq həmişə daha yaxşı deyil.
Mənbə: BBCNews
Aytac Kərimova