"Botoks yalnız cavanlaşma üçün istifadə edilmir"
Bölmə: Maraqlı › ,Tarix: 23:53 07.06.2024
Özəl Ümit Xəstəxanası Dermatologiya Mütəxəssisi Dr. Mehmet Erşan Bilgili, botoksun tətbiq olunduğu sahələr haqqında məlumat verdi.
Bilgili, metodun estetik tətbiqləri ilə yanaşı, bir çox sağlamlıq problemini aradan qaldırmaq üçün də istifadə edildiyini bildirib. Botoksun ümumiyyətlə qırışlar üçün istifadə edildiyinin bilindiyini ifadə edən Dr. Mehmet Erşan Bilgili, “Biz müəyyən yaşdan yuxarı insanlarda qırışların qarşısını almaq və mövcud qırışları azaltmaq üçün botoks üsulundan istifadə edirik. Botoxun 4-6 ay müddətində nizamlı olaraq tətbiq edilməli, orjinal məhsullar istifadə edilərək klinikalarda və xəstəxanalarda edilməlidir” deyərək, "Əl, ayaq və xüsusilə qoltuqaltı tərləmələrində tərləmə botoksu qənaətbəxş nəticə verir. Masseter Botox tətbiqi ilə əzələlərin həddən artıq işləməsi nəticəsində yaranan diş sıxılmasını 6-8 aydan bir botoks tətbiq etməklə aradan qaldıra bilərik" dedi.
Mənbə: CNNTürk
Aytac Kərimova