Qış aylarında telefon batareyaları niyə tükənir?

Bölmə: Maraqlı › ,
Tarix: 23:29 11.07.2024

Qış aylarında soyuqdan təsirlənən telefon batareyaları vaxtından əvvəl boşalır. Telefon təmirçiləri, xüsusilə soyuq havalarda batareyanın qəfil tükənməsinə qarşı həll yolları axtarırlar.

 

Cib telefonları, ağıllı saatlar, noutbuklar və simsiz qulaqlıqlar kimi demək olar ki, bütün şəxsi elektron cihazlar litium-ion batareyaları ilə işləyir. Təqdim etdikləri yüksək enerji sıxlığı ilə yanaşı, aşağı və yüksək cərəyanlarda səmərəli işləmə qabiliyyəti litium-ion batareyalara üstünlük verilməsinin əsas səbəblərindən biridir. Ancaq ətraf mühitin temperaturu mənfi dəyərlərə düşdükdə, bu batareyaları faydalı edən xüsusiyyətlər mənfi cəhətlərə çevrilə bilər.

 

Telefon batareyaları doldurularkən, litium ionları batareyanın məsaməli qrafit (karbon) quruluşuna köçürülür. Telefon elektrik şəbəkəsindən çıxarılıb istifadə edildikdə, ionlar batareyanın digər hissəsinə ötürülür və cihazın ehtiyac duyduğu elektrik enerjisi əldə edilir. Telefon batareyalarında ion ötürmə prosesində, ümumi kimyəvi reaksiyalarda müşahidə edildiyi kimi, temperaturun artması reaksiya sürətini artırır, temperaturun azalması isə reaksiya sürətini azaldır.

 

Litium-ion batareyaların aşağı daxili müqaviməti də tullantı istiliyinin miqdarını azaldır və bu, batareyaların soyuq havadan daha çox təsirlənməsinə səbəb olur.
Telefonlarda xarici temperaturu ölçən termometrlər yoxdur. Buna görə də telefon soyuq hava ilə əlaqədar azalan ion axınını batareyada reaksiya verəcək heç bir maddənin qalmadığını, yəni batareyanın boşaldığını və özünü söndürə biləcəyini təsbit edir. Lakin temperatur normallaşdıqda ion ötürmə prosesi sürətlənəcək və beləliklə telefon doldurulmağa ehtiyac qalmadan işləməyə davam edəcək. Təbii ki, cihazın soyuqdan təsir dərəcəsi istehsalçıdan, batareyanın modelindən və köhnəlməsindən asılı olaraq dəyişir.

 

Bundan əlavə, mütəxəssislər litium ionlarının karbon məsamələrinə düzgün yerləşməsi üçün çox soyuq olmayan mühitlərdə şarj etməyi məsləhət görürlər.

 

Mənbə:halildurmus.com

Tərcümə etdi: Nigar Orucova