4 qeyri-qanuni miqrant həyatını itirib
Bölmə: Maraqlı › ,Tarix: 17:18 12.07.2024
Fransa ilə İngiltərə arasında La-Manş boğazını keçməyə çalışan 4 qeyri-qanuni immiqrantın öldüyü, 56 immiqrantın isə xilas edildiyi bildirilib.
Manş və Şimal dənizi Qubernatorluğundan verilən açıqlamaya görə, saat 04.30 radələrində Fransız xilasetmə gəmisi "Minck" La-Manş boğazında keşik çəkərkən nizamsız mühacirləri daşıyan qayığın batdığını və çox sayda insanın dənizdə olduğunu təsbit edib. Fransanın xilasetmə gəmisindəki qrup balıqçı qayığının köməyi ilə dənizdə qalan 56 nəfəri xilas edərək sahilə çıxarıb. Saat 05:00 radələrində hadisə yerinə gələn Fransa helikopteri və patrul gəmisi 4 nəfərin meyitini aşkarlayıb.
Mənbə: TRT Haber
Zəhra Həsənova