Kosmik dağıntı riski artır! O, 10 il ərzində Yerə düşə bilər

Bölmə: Maraqlı › ,
Tarix: 14:51 16.07.2024

Fizikada ən fundamental qaydalardan biridir; Yuxarı çıxan hər şey aşağı düşür. Hazırda Yer ətrafında fırlanan on minlərlə obyekt üçün bu sadə qayda getdikcə daha təhlükəli problemə çevrilir.

 

Böyük Britaniya Kosmik Agentliyi təkcə may ayında peyklərin və digər obyektlərin Yerə düşdüyü 56 "nəzarətsiz yenidən giriş"i sənədləşdirib. Bu rəqəm aprel ayı ilə müqayisədə 155 faiz artım deməkdir. Floridadakı bir evdən Şimali Karolinadakı bir fermaya qədər bu interaktiv xəritə kosmik zibillərin Yerə düşdüyü ən təhlükəli hadisələri ortaya qoyur.

 

ÖLDÜRMƏ ŞANSI 10 FAZİDİR

 

Alimlər deyirlər ki, yaxın onillikdə qaçan raket və ya kosmik gəminin kimisə öldürmə ehtimalı 10 faizdir.

 

Kosmik tullantıların bir hissəsi nəzarətsiz şəkildə Yer orbitinə qayıdır. Çoxları atmosferdə yansa da, son vaxtlar raketlərin böyük parçaları Çin və Hindistanın müxtəlif bölgələrinə düşüb.

 

Kosmos yarışı başlayandan bəri, kosmik dağıntıların yerə düşməsinin insanlara zərər verdiyi və ya əmlaka zərər verdiyi çox az hadisə baş verib.

 

2002-ci ildə Çinin Şensi şəhərində altı yaşlı uşaq kosmos tullantılarının birbaşa təsirindən yaralanan ilk insan oldu.

 

2030-cu ilə kimi kosmosda 60 MİN OBYEK OLACAQ

 

Statistik olaraq atmosferə təkrar daxil olan obyektlər həm həyat, həm də əmlak üçün az risk yaradır. Çünki Yer kürəsinin böyük hissəsi su ilə örtülüdür və qurunun böyük əksəriyyətində yaşayış yoxdur.

 

Kosmos zibilinin yenidən daxil olması nəticəsində ciddi xəsarətlər qeydə alınmayıb.

 

Bu ilin may ayında orbitə 274 yeni obyekt yerləşdirilərək ümumi sayı 28 min 850-yə çatıb. Bəzi hesablamalara görə, 2030-cu ilə qədər kosmosda 60 minə yaxın obyekt ola bilər.

 

Dağıntıların əksəriyyəti kiçik olsa da, saniyədə təxminən 7 kilometr sürətlə hərəkət edir, bu da onu sürətlə gedən güllədən daha sürətli edir.

 

Mənbə: NTV

Çimnaz Məmmədova