HP-nin yeni Copilot plus noutbuku AMD-nin süni intellekt çipləri ilə təchiz edilib

Bölmə: Maraqlı › ,
Tarix: 20:45 17.07.2024

HP OmniBook seriyasını canlandırdı və yeni HP OmniBook Ultra noutbukunu elan etdi. Bu yeni model AMD-nin ən son Ryzen AI 300 seriyalı prosessoru, inteqrasiya olunmuş AMD Radeon 800M qrafikası, 32 GB-a qədər operativ yaddaş və iki 40 Gbps Thunderbolt 4 USB-C portu ilə təchiz edilib. Avqust ayında satışa çıxarılacaq bu modelin ABŞ başlanğıc qiyməti 1449,99 dollardır.

 

Bu yaxınlarda bütün texnologiya şirkətləri AI (Süni intellekt) fokuslanmış məhsulları ilə bazarda iştirak etmək üçün yarışa girdilər. HP də AMD-nin süni intellekt çipləri ilə bu yarışda iştirak etməyə hazırlaşır. Markanın təqdim etdiyi yeni noutbuk HP OmniBook Ultra, AMD Ryzen AI 300 seriyalı prosessoru ilə diqqət çəkir.

 

Bu prosessor Qualcomm-un Snapdragon X Elite prosessorunun 45 TOPS performansını üstələyən 55 TOPS-a qədər süni intellekt performansı təklif edir. Bu yolla istifadəçilər daha sürətli və daha səmərəli süni intellekt təcrübəsini yaşaya biləcəklər. Bundan əlavə, yüksək keyfiyyətli vizual performans inteqrasiya olunmuş AMD Radeon 800M qrafik kartı ilə təmin edilir.

 

İNKİŞAF ETMİŞ ƏLAQƏ VƏ SAXLAMA SEÇİMLƏRİ

 

OmniBook Ultra iki 40Gbps Thunderbolt 4 USB-C portu ilə sürətli məlumat ötürmə və genişləndirmə imkanı təklif edir. Bundan əlavə, 32 GB-a qədər RAM və 2 TB saxlama seçimləri ilə istifadəçilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər. Bu xüsusiyyətlər həm peşəkar istifadəçilər, həm də oyun həvəskarları üçün ideal performans təklif edir.

 

UZUN BATAREYA MÜDDƏTİ VƏ DAŞINABİLİRLİK

 

OmniBook Ultra-nın batareya ömrünü nəzərə alaraq, HP onu 21 saata qədər video oxutma müddəti təklif edən batareya ilə təchiz etmişdir. Bu sayədə istifadəçilər gün boyu fasiləsiz təcrübə yaşaya biləcəklər. 1579 kiloqramlıq çəkisi ilə daşıma qabiliyyəti baxımından da üstünlük təmin edir.

 

TƏHLÜKƏSİZLİK VƏ EKO-DOSTLU DİZAYN

 

HP OmniBook Ultra-nın təhlükəsizlik xüsusiyyətlərinə də diqqət yetirdi. Wolf Security ilə təchiz edilmiş bu model istifadəçi məlumatlarını qoruyur və kiberhücumlara qarşı özünü sağalda bilir. Bundan əlavə, cihazın dizaynında 85 faiz təkrar emal edilmiş metallar və 50 faiz istehlakdan sonra təkrar emal edilmiş plastik istifadə edilib. Bununla da ekoloji cəhətdən təmiz bir məhsul kimi önə çıxır.

 

HP OmniBook Ultra yüksək performansı, təkmil süni intellekt imkanları və ekoloji cəhətdən təmiz dizaynı ilə seçilir. Avqust ayında satışa çıxarılacaq bu model həm peşəkar istifadəçilər, həm də oyun həvəskarları üçün ideal seçim kimi görünür.

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aysel Ağakərimova