"Ən bahalı" dinozavr fosili hərracda 44,6 milyon dollara satılıb
Bölmə: Maraqlı › ,Tarix: 15:21 18.07.2024
Nyu Yorkdakı Sotheby's hərrac evində keçirilən hərracda Apex adlı böyük dinozavr skeleti 44,6 milyon dollara satılıb.
Dorsal boşqabları və quyruq tikanları ilə tanınan ot yeyən steqosaurus növü olan Apex fosili 3 metr 40 santimetr hündürlükdədir. Burundan quyruğa qədər uzunluğu 8 metrdən çoxdur.
Sotheby's qeyd etdi ki, bu fosil indiyə qədər aşkar edilmiş qabaqcıl tam skeletlərdən biridir.
Fosili hərracda alan şəxs kimliyini açıqlamayıb. Bununla belə, bəyanatda deyilir ki, “Apex Amerikada doğulub və Amerikada qalacaq”. Bu, fosilin ABŞ təşkilatına bağışlana biləcəyinə işarə olaraq görüldü.
Apex təəccüblü şəkildə 2022-ci ildə Kolorado ştatında bir paleontoloq tərəfindən aşkar edilmişdir.
“Ən yaxşı vəziyyətdə olan “Apex” steqosaurus fosili 44,6 milyon dollara satılaraq, hərracda indiyə qədər satılan ən qiymətli fosil kimi tarixə düşüb”, - hərrac evinin açıqlamasında deyilir.
Fosil satışdan əvvəl təxmini dəyərindən 11 dəfə yüksək qiymətə satılıb.
Hərracda 7 nəfər öz təklifini verib.
Apex peşəkar "fosil ovçusu" Ceyson Kuper tərəfindən kəşf edilib.
Kuper bu fosilə "ən yüksək" mənasını verən "Apex" adını verdi, çünki o, fosil həmkarlarından xeyli böyük idi və dinozavr öz mühitində dominant bir fərd hesab olunurdu.
Apex-in 150 milyon il əvvəl yaşadığı təxmin edilir.
Apexdən əvvəl ən qiymətli fosil 2020-ci ildə satılan Stan adlı T-Rex idi. Stan 31,8 milyon dollara satılıb.
Mənbə: BBC
Tərcümə etdi: Aysel Ağakərimova